Modern.az

Vahid Əhmədov seçicilərinin problemlərini rayon rəhbərliyinə çatdırıb

Vahid Əhmədov seçicilərinin problemlərini rayon rəhbərliyinə çatdırıb

11 İyun 2015, 12:53


Deputat Vahid Əhmədov Quba səhərində yerli sakinlərlə görüşüb.Modern.az-ın verdiyi xəbərə görə, seçicilərini təkbətək qəbul edən deputat onların hər birinin qaldırdığı məsələyə xüsusi diqqət ayırıb.

Qaldırılan məsələlər sırasında işlə təmin olunma, yaşayış evlərinin tikinti və   təmirinə köməklik göstərilməsi, müxtəlif yönümlü ailə və təsərrüfat problemləri olub.

Qəbul   zamanı əhalini narahat edən problemlərin operativ həllinə cəhd edilib. Həlli vaxt tələb edən   bəzi məsələlər araşdırılıb tədbir görülməsi üçün nəzarətə götürülüb.

Məlum olduğu kimi yay aylarında Qubada meyvəçiliklə məşğul olan insanlar məhsulun yetişməsi və yığımı zamanı bir çox problemlə üzləşirlər. Bunu da nəzərə alan millət vəkili   yolüstü bir neçə sahibkar ilə söhbət edərək, onların qayğıları ilə yaxından maraqlanıb.

Məlumatda qeyd edilir ki, həmişəki kimi əhalini narahat edən məsələlər rayon icra   hakimiyyətinin rəhbər işçilərinin nəzərinə çatdırılıb, birgə təbdirlər görülməsi   müəyyənləşdirilib.

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj