Modern.az

Ölkə ərazisində küləkli hava olacaq

Ölkə ərazisində küləkli hava olacaq

11 İyun 2015, 12:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, iyunun12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Axşam yarımadanın bəzi yerlərində güclənəcək.

Havanın temperaturu gecə 19-23, gündüz 27-32 dərəcə isti olacaq.

İyunun 13-də də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək.

Şimal küləyi əsəcək, gecə yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gündüz 27-32 dərəcə isti olacaq. Ümumiyyətlə, yaxın 3 gün ərzində şimal küləyi əsəcək. Havanın temperaturu 27-32 dərəcə arasında dəyişəcək. 

Azərbaycanın rayonlarında iyunun 12-də hava əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq. 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj