Dünyaya təhlükə törədən MERS virusu Cənubi Koreyada can almağa davam edir. Modern.az xarici mətbuata isitnadən xəbər verir ki, virus artıq 9 nəfərin ölümünə səbəb olub. MERS-ə yoluxanların sayı isə 122 nəfərə çatıb. Cənubi Koreya hökuməti virusun yayılma miqyasını azaltmaq üçün 2 min 200 təhsil ocağını qapadıb.
Virusun qarşısının almaq üçün Cənubi Koreya höukməti operativ qərargah yaradıb. Lakin ölümcül virusu nəzarətə almaq hələlik tam mümkün deyil.
İlk dəfə MERS virusu 2012-ci ildə Səudiyyə Ərəbistanında açşkar olunub. O zaman yoluxanların 40 faizi dünyasını dəyişmişdi. Ümumdünya Səhiyyə Təşkilartı ümumilkdə, yeni virusun 444 nəfərin həyatına son qoyduğunu hesablayıb.
Modern.az