Modern.az

Azərbaycan millisinin “Bakı 2015"dəki bayraqdarı rəsmən elan olundu

Azərbaycan millisinin “Bakı 2015"dəki bayraqdarı rəsmən elan olundu

11 İyun 2015, 14:10

Milli Olimpiya Komitəsində "Bakı 2015" I Avopa Oyunlarının bayraqdarına Azərbaycan bayrağının təqdimetmə mərasimi keçirilib.

Modern.az saytının məlumatına görə, mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, eləcə də gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun çıxışlarından sonra yeni bayraqdarın adı açıqlanıb.

Cüdo üzrə 2015-ci ildə keçirilmiş bütün mötəbər yarışlarda qızıl medal qazanmış Elmar Qasımov "Bakı 2015"də Azərbaycan millisinin bayraqdarı elan olunub.
Elmar Qasımova Azərbaycan himninin sədaları altında bayraq təqdim olunub. O isə bayrağı Atletlər Kəndinə aparıb.

Azərbaycan yığmasının bayraqdarı iyunun 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək I Avropa Oyunlarının Açılış Mərasimində bayrağı daşıyacaq.

Modern.az

Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj