Modern.az

Avropa Oyunlarının məşəli Dənizkənarı Milli Parka gətiriləcək

Avropa Oyunlarının məşəli Dənizkənarı Milli Parka gətiriləcək

11 İyun 2015, 14:37



Avropa Oyunlarının məşəlinin sonuncu dəfə aparılacağı yerlər açıqlanıb.

Modern.az xəbər verir ki, iyunun 12-də açılış mərasimi zamanı məşəl Bakı Olimpiya Stadionuna gətirilməzdən əvvəl sonuncu dəfə Dənizkənarı Milli Parka aparılacaq.

Məşəl saat 21:00-da Qız Qalasının qarşısından götürülərək Xalça Muzeyinin arxası ilə Bulvara gətiriləcək. Buradan isə məşəl dənizkənarı ilə Satko limanına qədər daşınacaq. Saat 21:30-da proses yekunlaşacaq və iyunun 12-də açılış mərasimi zamanı Bakı Olimpiya Stadionuna aparılacaq.

Sevinc YASİNQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj