Modern.az

Elmar Qasımov I Avropa Oyunlarında medal qazanmaq niyyətindədir - AÇIQLAMA

Elmar Qasımov I Avropa Oyunlarında medal qazanmaq niyyətindədir - AÇIQLAMA

11 İyun 2015, 14:50

"Bakı 2015"də Azərbaycan millisinin bayraqdarı, cüdo üzrə dünya ikincisi Elmar Qasımov I Avropa Oyunlarında medal qazanmaq niyyətindədir.

Modern.az “Bakı 2015"in rəsmi saytına istinadən xəbər verir ki, cüdoçu Elmar Qasımovun əsas hədəfi Bakı 2015-də qızıl medal qazanmaqdır.

O bildirib ki, doğma vətənində keçiriləcək ilk Avropa Oyunlarının cüdo yarışlarının qalibi olmaq hədəfi ilə yanaşı yarış zamanı diqqətini cəmləyə bilmək bacarığı da onun uğuru üçün əsas olacaq:

“Tatamiyə çıxarkən rəqibimdən başqa heç nə düşünmürəm. Tatamidə olarkən hər şeyi unuduram və narahatlıq keçirmirəm. Qələbə mənim ilhamımdır”.

Hazırda 100 kq çəki dərəcəsində dünya reytinqində 2-ci yerdə olan Elmar Qasımov 2015-ci ildən indiyədək 3 qızıl medal qazanıb. Bu medalları Mərakeşdə keçirilmiş sonuncu Usta İdmançılar turnirində, Samsun və Tbilisi şəhərlərində baş tutmuş qran-prilərdə əldə edib.

24 yaşlı idmançı, həmçinin 2015-ci ilin mayında Bakıda keçirilmiş Böyük Dəbilqə turnirində gümüş medala sahib çıxıb.

Elmar Qasımov 2014-cü il Avropa Çempionatında 2-ci yerə yiyələnib.

Cüdo yarışları iyunun 25-dən etibarən 4 gün ərzində Heydər Əliyev adına İdman Arenasında keçiriləcək. Bu yarışlarda Avropadan 416 cüdoçu mübarizə aparacaq.

Sevinc YASİNQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj