Modern.az

Əli Həsənov: “Azərbaycanda siyasi məhbus yoxdur”

Əli Həsənov: “Azərbaycanda siyasi məhbus yoxdur”

11 İyun 2015, 16:35


Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin I Avropa Oyunları münasibətilə birgə mətbuat konfransı keçirilir. Modern.az xəbər verir ki, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, sabah Bakıda ilk Avropa Oyunlarının startı veriləcək:

"Artıq xarici jurnalistlərin Bakı və Azərbaycanla bağlı təəssüratları var. Müraciətlər çox olduğundan bu müraciətləri fərdi qaydada cavablandırmaq çətindir. Ona görə də prezident İlham Əliyevin tapşırığı ilə mətbuat konfransı təşkil olunub".

O, mətbuat konfransında sualların verilməsinin sərbəst olduğunu bildirib.

Qeyd edək ki, mətbuat konfransında sualları Azərbaycan Prezidentinin köməkçisi,Prezident Administrasiyası Ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və gənclər və idman naziri Azad Rəhimov cavablandırırlar. Tədbirdə çıxış edən Əli Həsənov siyasi məhbus məsələsinə toxunub. Ə. Həsənov bildirib ki, Azərbaycanda siyasi məhbusların olması, söz azadlığının pozulması barədə səslənən fikirlər həqiqəti əks etdirmir. PA rəsmisi bildirib ki, Azərbaycan məhkəmələrinin qərarından razı qalmayanlar Avropa Məhkəməsinə müraciət edə bilərlər:

“Heç bir icra strukturu Azərbaycan məhkəmısinin qərarına təsir edə, onu dəyişə bilməz. Azərbyacanda məhkəmələr Avropa prinsiplərindən kənara çıxa bilməzlər. Ayrı-ayrı insanlar məhkəmələrdə öz əməllərinə görə cəzalandırılırlar. Ölkəmizdə siyasi məhbus yoxdur. Azərbaycan hüquqi dövlətdir, baş verən proseslər də hüquqi normalar çərçivəsində baş verir. Azərbaycanda 55 siyasi partiya mövcuddur. Onlar siyasi proseslərdə maneəsiz iştirak edirlər. Onlara hər hansı məhdudiyyət yoxdur. Nə dəki, Azərbaycanda siyasi məhbusun olması ilə bağlı fikirə heç bir əsas yoxdur”.

Aytən Əliyeva

Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj