Modern.az

Əli Həsənov: “Bu təhlükə mövcuddur”

Əli Həsənov: “Bu təhlükə mövcuddur”

Ölkə

11 İyun 2015, 17:27

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün yerli və xarici media nümayəndələrinin iştirakı ilə I Avropa Oyunlarına dair keçirdiyi mətbuat konfransında gündəmdə olan bir sıra məsələlərdən danışıb.

Modern.az-ın məlumatına görə, Ə.Həsənov bildirib ki,  I Avropa Oyunları Azərbaycan və Ermənistan xalqlarının yaxınlaşmasında pozitiv rol oynayacaq.

Bununla yanaşı, Ə.Həsənov deyib ki, Dağlıq Qarabağ əhalisi faktiki olaraq Ermənistandakı bəzi separatçı rəhbərlərin girovuna çevrilib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı BMT-nin 4 qətnaməsi qəbul olunub ki, bunlar da  Ermənistan tərəfindən yerinə yetirilmir.  Ə.Həsənov deyib ki, Ermənistan yenə də təhdidlərini davam etdirir:

"Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti başlayandan bəri 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Bu münaqişə ilə bağlı BMT-nin 4 qətnaməsi qəbul edilib, amma Ermənistan tərəfindən yerinə yetirilmir. Bu dövlət BMT-yə meydan oxuyur.
Beynəlxalq təşkilatların sənədlərində münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə, ərazi bütövlüyü çərçivəsində, Dağlıq Qarabağdakı ermənilərin milli kimliyinin tanınmasının həlli qaydasında həlli tələb edilir. Azərbaycan BMT qətnamələrini icra etməyə hazırdır. Amma Ermənistanın qeyri-konstruktiv mövqeyi, Dağlıq Qarabağ münqaişəsinin həll olunmaması nəinki Cənubi Qafqazı, bütövlükdə Avrasiyanı və bütün dünyanı təhdid etməkdə davam edir. Yəni bu təhlükə mövcuddur. Biz vaxtında bəyan etmişdik ki, nə qədər ki, belə separatizmin qarşısı alınmayıb, dünyaya təhlükə mənbəyi olacaq. Bu kövrək sülhdür və təhlükə mənbəyidir".

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi