Modern.az

“Nəbatat bağına normal qaydada su verilir” - “Azərsu”

“Nəbatat bağına normal qaydada su verilir” - “Azərsu”

11 İyun 2015, 17:40

Bu gün bir neçə kütləvi informasiya vasitəsində Azərbaycan Milli Elmlər Akademiyası Nəbatat bağına suyun verilməməsi barəsində yazılıb.

Modern.az xəbər verir ki, “Azərsu” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bu məsələyə aydınlıq gətirib: “Bu gün bəzi saytlarda “Nəbatat bağına su verilmir, yaşıllıqlar quruyur, bağın işçiləri əl yumağa su tapmır...” kimi məlumatlar yer alıb. Məsələni sona qədər araşdırdıq və məlum oldu ki, Nəbatat bağına normal qaydada su verilir. Belə ki, bağın su xəttinin girişində quraşdırılan sayğac son 20 gündə əraziyə 7000 kubmetr (7000 ton) suyun verildiyini qeydə alıb. Eyni zamanda, bağın daxilində su anbarı var və burada daim ehtiyat su olur. Bundan başqa, son vaxtlar qurumun rəhbərliyi tərəfindən Səbail rayon Sukanal İdarəsinə suyun gəlməməsi ilə bağlı heç bir müraciət olunmayıb. Qeyd edək ki, Nəbatat bağı 24 saatlıq su ilə təchiz olunan zonada yerləşir”. 

Elmin NURİ    
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj