Modern.az

Yeni Xocavənd qəsəbəsinə su verildi - FOTO

Yeni Xocavənd qəsəbəsinə su verildi - FOTO

11 İyun 2015, 17:52


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti   regionların  sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq bölgələrdə yaşayış məntəqələrinin  içməli su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması məqsədi ilə yeni layihələr həyata keçirir.

“Azərsu” ASC-dən Modern.az-a verilən məlumata görə, içməli su çatışmazlığının müşahidə olunduğu Beyləqan rayonunun Yeni Xocavənd qəsəbəsində  həyata keçirilmiş layihənin icrası yekunlaşıb. Layihəyə əsasən Yeni Xocavənd qəsəbəsinə məhsuldar və dayanıqlı mənbə hesabına içməli suyun verilməsi qərara alınıb. Bu məqsədlə Beyləqan şəhərini içməli su ilə təmin edən anbardan Yeni Xocavənd qəsəbəsinə  magistral su xətti çəkilmiş,  5,4 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılaraq 232  ünvana birləşmə verilib. Layihə çərçivəsində Yeni Xocavənd qəsəbəsində  kanalizasiya sistemləri də yaradılmış, bu məqsədlə 6200 metr kanalizasiya şəbəkəsi və kollektoru inşa edilib. Layihənin icrası nəticəsində qəsəbədə 1200 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşıb.

Qeyd edək ki,  Yeni Xocavənd qəsəbəsi də daxil olmaqla Beyləqan şəhəri rayonun Əlinəzərli kəndi ərazisində qazılmış  5 ədəd subartezian quyusu  hesabına içməli su ilə təmin olunur. Beyləqan  şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması isə Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Beyləqan şəhərində və ətraf kəndlərdə 25 mindən çox sakinin su təchizatını əsaslı şəkildə yaxşılaşdırılmasını, eyni zamanda rayon mərkəzində yeni  kanalizasiya sisteminin yaradılmasını nəzərdə tutur.   Layihəyə əsasən, quyu ərazisində hər birinin tutumu 500 kubmetr olan 2 ədəd anbar, nasos stansiyası tikilmişdir. Su mənbəyindən şəhərə qədər 450 mm diametrli polietilen borularla 8,6 km magistral su xətti çəkilmiş, şəhərdə 91 km içməli su və 89 km kanalizasiya şəbəkəsi  yaradılıb.


Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj