Modern.az

Kılıçdaroğludan koalisiya mesajı: “Ölkəmizi çətin vəziyyətdən çıxaracağıq”

Kılıçdaroğludan koalisiya mesajı: “Ölkəmizi çətin vəziyyətdən çıxaracağıq”

11 İyun 2015, 18:03


Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu koalisiya müzakirələri ilə bağlı qısa açıqlama verib. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, o deyib:

“Məqsədimiz ölkəmizi düşdüyü çətin vəziyyətdən bir an əvvəl çıxarmaqdır. Bu məqsədlə var gücümüzlə çalışdığımızdan kimsənin şübhəsi olmasın”.  

Kılıçdaroğlu Twitter hesabı üzərindən verdiyi açıqlamada bunları da qeyd edib: “Hər kəs bilsin ki, verdiyimiz sözləri həyata keçirmək üçün, dəyərlərimizi qoruyaraq, partiya  içində ortaq ağılla qiymətləndirmələr edəcəyik. Məqsədimiz, ölkəmizi bu çətin vəziyyətdən bir an əvvəl çıxarmaqdır. Bu məqsədlə var gücümüzlə  çalışdığımızdan kimsənin şübhəsi olmasın”.     Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj