Modern.az

Hacıbala Abutalıbov Nərimanov rayonunu birinci yerə layiq gördü

Hacıbala Abutalıbov Nərimanov rayonunu birinci yerə layiq gördü

11 İyun 2015, 18:24

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, professor Hacıbala Abutalıbov Nərimanov rayonunu Gül bayramının yaxşı təşilinə görə birinci yerə layiq görüb.

Bu barədə Modern.az saytına Nərimanov rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, bu il mayın 10-da görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Gül bayramının silsilə tədbirlərində Nərimanov rayonunda fəaliyyət göstərən orta məktəblərinin şagird kollektivləri, uşaq tərbiyə müəssisələri nümayəndələri fəallıq göstəriblər. Onların müxtəlif növ dekorativ çiçəklərdən, dibçək və kəsilmə güllərdən, qurudulmuş gül və bitki kollarından, eksponatlardan ibarət sadə və eyni zamanda, orijinal üslubda nümayiş olunan kompozisiyaları xüsusilə fərqlənib.

Qiymətləndirmə nəticəsində gül bayramına məxsus çoxillik ənənələri zənginləşdirərək nəzərdə tutulmuş bütün nominasiyalar üzrə tələblərə cavab verdiyinə, gül-çiçəkdən yaradıcı və geniş istifadə etməklə təqdim olunan əsərlərin bolluğuna, dolğun təzahürünə və mövzu fərqliliyinə görə Hacıbala Abutalıbov Nərimanov rayonunu 1-ci yerə layiq görüb.







Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj