Modern.az

Bakıda İslam Oyunları keçiriləcək - Nazir: “57 ölkənin 6 mindən çox idmançı gələcək”

Bakıda İslam Oyunları keçiriləcək - Nazir: “57 ölkənin 6 mindən çox idmançı gələcək”

11 İyun 2015, 18:28

“2016-ci ilin iyul ayında Azərbaycanda irimiqyaslı tədbirlərdən olan “Formula 1” yarışları və şahmat olimpiadası keçiriləcək. “Formula 1”də ermənilər iştirak etməyəcək. Düşünürəm ki, şahmat üzrə keçirilən yarışlara ermənilər gələcək. 2017-ci ildə keçiriləcək İslam Oyunlarında isə 57 ölkədən 6 mindən çox idmançı olacaq. Hesab edirəm ki, o yarışlarda da ermənilər iştirak etməyəcək. 2020-ci ildə isə Avropa Çempionatı keçiriləcək. Həmin çempionatda iştirak isə komandanın göstərəcəyi nəticədən asılıdır”.

Modern.az saytının məlumatına görə, bu fikirləri gənclər və idman naziri Azad Rәhimov iyunun 11-də Prezident Administrasiyasında keçirilən mətbuat konfransında səsləndirib.

O bildirib ki, 2008-ci ildə Azərbaycanda keçirilən güləş üzrə dünya çempionatında Ermənistanın 41 nəfərlə təmsil olunub: “I Avropa Oyunlarında isə 25 erməni idmançı iştirak edəcək. Müxtəlif erməni təşkilatlarının nümayəndələri mədəniyyət tədbirlərinə qatılıblar. İstənilən dövlətin nümayəndəsi Azərbaycanda keçirilən yarışda gəlib iştirak etmək hüququna malikdir. Beynəlxalq müsabiqələr xüsusi status daşıyır. Biz təhlükəsizlik üçün təminat məktubu yazırıq. Bu, onların burada gəlib iştirak etməsinə yetərlidir”.

Nazir tədbirdə nəqliyyat sahəsində yaradılan şəraitə də toxunub: “Əsas məqsəd yerli sakinlər üçün az narahatlıq və qonaqların hərəkəti üçün yaxşı şərait yaratmaqdır. Biz bunun üçün dairə yollarından istifadə etmişik. Bakının mərkəzində “Oyunlar zolağı”ndan istifadə sakinlərə narahatlıq yaratmamaq məqsədi daşıyır.

Bundan əlavə, elektrik qatarları istifadəyə verilib. Metropolitenin, dəniz nəqliyyatının rəhbərliyi ilə idman obyektlərinə getmək üçün danışıqlar aparılıb. Qeyd etmək lazımdır ki, hava limanının da böyük sayda qonağı qəbul etmək imkanı verir. Təhlükəsizliyin təminatı vacib məsələdir. Bu sahədə ən yeni texnologiyalardan istifadə olunub, yeni kameralar quraşdırılıb. Oyunlarda 300-dən çox könüllü iştirak edir və onlar hər gün xüsusi təlimatlandırılır”.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj