Azərbaycanın tanınmış aktyoru, məşhur “Fəryad” filminin rejissoru mərhum Ceyhun Mirzəyevin həyat yoldaşı Lidiya Mirzəyeva dünən dünyasını dəyişib.
Bu barədə Modern.az saytına kinoşünas Aydın Dadaşov məlumat verib. O, bildirib ki, mərhum Lida xanımın hüzr mərasimi bu gün saat 12-də Hüseyn Cavid parkının yaxınlığındakı məhəllədə keçiriləcək
Modern.az-ın məlumatına görə, mərhum Lidiya Mirzəyeva əvəllər ədliyyə sistemində işləyib, baş ədliyyə müşaviri olub.
Ceyhun və Lidiya Mirzəyevlər 1973-cü ildə ailə qurublar və Cəmilə adlı bir qızları dünyaya gəlib.
“Fəryad” filmi mərhum Ceyhun Mirzəyevin həm rejissor, həm də aktyor kimi son ekran işi olub. C.Mirzəyev
1993-cü il martın 5-də (47 yaşının tamamına 1 ay qalmış) vəfat edib.
Allah rəhmət eləsin...
Mirzəyevlərin nişan mərasimi...
Modern.az