Modern.az

Tarık Əzizin cəsədi qaçırıldı

Tarık Əzizin cəsədi qaçırıldı

12 İyun 2015, 09:31


İraqın aşılmış lideri Səddam Hüseyn dövründə xarici işlər naziri olmuş Tarık Əzizin cəsədi dəfn üçün İordaniyanın paytaxtı Əmmana aparılacağı sırada Bağdad hava limanında silahlı bir qrup tərəfindən qaçırılıb. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, bir neçə gün öncə infarkt səbəbindən həyatını itirən Tarık Əzizin cəsədini qaçıran silahlı qrupun kimliyi hələ məlum deyil. Cəsədin Bağdaddan İordaniyanın paytaxtı Əmmana təyyarə ilə aparılması planlaşdırılırdı.

Səddamın ən yaxın silahdaşlarından biri olaraq tanınan Tarık Əzizin qızı Zeynəb Əziz də atasının cəsədinin Əmmana uçacaq təyyarənin havaya qalxmasından bir neçə dəqiqə əvvəl qaçırıldığını söyləyıb.

İraqın keçmiş xarici işlər naziri, Səddam Hüseyn dövrünün Qərbdəki siması olaraq bilinən Tarık Əziz 79 yaşında saxlanıldığı həbsxanadan xəstəxanaya gətirilib, iyunun 5-də keçirdiyi infarkt nəticəsində həyatını itirib.

***

Tarik Əzizin cəsədi artıq tapılıb. “Əl Cəzirə” telekanalı bildirib ki, bunu vəkil Bədi Aref Ezzat deyib.

Vəkilin sözlərinə görə, cəsədi silahlı şəxslər oğurlasalar da, İraq hökuməti onu qaytara bilib. Bununla belə, vəkil tabutun hazırda harada olduğunu və T. Əzizin nə vaxt dəfn ediləcəyini bilmədiyini söyləyib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi