Modern.az

"Bakı-2015" - Azərbaycan üzgüçüləri 18-ci oldular - YENİLƏNİB

"Bakı-2015" - Azərbaycan üzgüçüləri 18-ci oldular - YENİLƏNİB

12 İyun 2015, 11:14



Bakı-2015 I Avropa Oyunlarında ilk yarışa start verilib. Apasport.az saytının məlumatına görə, saat 09:00-da Bakı Su İdmanı Mərkəzində sinxron üzgüçülərin mübarizəsi başlayıb.

Təsnifat mərhələsində sərbəst hərəkətləri yerinə yetirəcək üzgüçülər Avropa Oyunları tarixinə mübarizəyə başlayan ilk idmançılar kimi düşəcək.

Mərkəzin hovuzunda 20 duet mübarizə aparacaq. Onlar iyunun 15-də baş tutacaq final mərhələsinə vəsiqələrin sahiblərini müəyyənləşdirəcək.

Yarışların tarixində mübarizəyə qoşulacaq ilk idmançılar isə Belarus təmsilçiləri Anna Şulyina və Dominika Tsıplakova olacaq. Ardınca Slovakiya, Polşa, Macarıstan, İspaniya, Çexiya, Rusiya, Türkiyə, Ukrayna, idmançıları bacarığını nümayiş etdirəcək.

Avropa Oyunlarında start xəttinə çıxacaq ilk Azərbaycan təmsilçiləri Tatyana Nikitina və Yekaterina Valiulina mübarizəyə 10-cu qoşulacaq. İdmançılarımızın ardınca Böyük Britaniya, Avstriya, Lixtenşteyn, Yunanıstan, İsveçrə, Fransa, Bolqarıstan, İsrail, Hollandiya və İtaliya duetləri çıxış edəcək.

***

Avropa Oyunlarında start xəttinə çıxan ilk Azərbaycan təmsilçiləri Tatyana Nikitina və Yekaterina Valiulina mübarizəyə 10-cu qoşulub. Onlar 71.4333 xalla hələlik 17-ci yerdə qərarlaşıblar.

İlk üçlüyü müvafiq olaraq Rusiya, Ukrayna və İspaniya komandaları qərarlaşıb.

***

Sinxron üzgüçülük üzrə yarışlarının təsnifat mərhələsi başa çatıb. Azərbaycan idmançıları Onlar 71.4333 xalla 18-ci yerdə qərarlaşıblar. İlk üçlüyü müvafiq olaraq Rusiya, Ukrayna və İspaniya komandaları qərarlaşıb.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj