ABŞ hər gün İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşması ilə mübarizə üçün 9 milyon dollar xərcləyir. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə nazirliyi bəyan edib. Məlumatda qeyd edilir ki, 2014-cü ilin avqust ayından bəri İraq və Suriyada islamçılara qarşı mübarizəyə artıq 2,7 milyard dollar xərclənib.
ABŞ ötən ildən bəri müttəfiqləri ilə yaraqlıların mövqelərinə havadan zərbələr endirir. Buna baxmayaraq, İŞİD Suriya və İraq ərazilərinin böyük hissəsini ələ keçirib.
Modern.az