Erməni cinayətkar qrupun lideri, ABŞ-ın bir neçə ştatında yüzlərlə adamın maliyyə məlumatlarını oğurlayan David Kuduqulyan özünü təqsirli bilib və barəsində Manhetten məhkəməsində hökm çıxarılıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o həm də dəyən zərərin müqabilində 750 min dollar ödəməlidir.
Mart ayında Kuduqulyan və digər 3 şübhəli- Qareqin Spartalyan, Ayk Djandnjapanyan və Aram Martirosyan kredit kartları ilə fırıldaqçılıq etməkdə şübhəli bilinərək Nyu-Yorkda saxlanılıblar. Onlar Texas, Tennesi və Cordci şəhərlərində yanacaqdoldurma stansiyalarında quraşdırılan aparatlardan kredit kartları vasitəsilə maliyyə məlumatlarını oğurlayıblar.
Ələ keçirilən pulun böyük hissəsi bahalı malların, o cümlədən yaxta və villa alınmasına xərclənib. Dörd nəfərin bundan əlavə, ermənilərdən və meksikalılardan ibarət “Armenian Rower” cinayətkar qruplaşması ilə əlaqəli olması da istisna edilmir.
Modern.az