Modern.az

TQDK: “11 iyun tarixli buraxılış imtahanlarının nəticələri tezliklə açıqlanacaq”

TQDK: “11 iyun tarixli buraxılış imtahanlarının nəticələri tezliklə açıqlanacaq”

12 İyun 2015, 12:04



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 11-də Respublikanın bir sıra rayon və şəhərlərində, o cümlədən Naxçıvan, Qobustan, Ağcabədi, Ağdam Zərdab, Bərdə, Tərtər, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzəndə həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.

Modern.az xəbər verir ki, TQDK-nın məlumatına görə, imtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi