Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

12 İyun 2015, 12:56

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah - iyunun 13-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 19-21, gündüz 28-30 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-24 dərəcə isti olacaq.

İyunun 13-də Azərbaycanın rayonlarında şimşək çaxacaq, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək, arabir güclənən şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlıq və dağətəyi rayonlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj