Modern.az

“Azercell”in keçmiş prezidenti baş nazirlikdən istefa verdi

“Azercell”in keçmiş prezidenti baş nazirlikdən istefa verdi

12 İyun 2015, 14:15


Moldovanın baş naziri Kiril Qaburiç istefa verdiyini açıqlayıb. Modern.az xarici mətbuata isitnadən xəbər verir ki, Qaburiç qərarını belə əsaslandırıb: “Mən siyasətçi deyiləm, menecerəm. Ölkənin siyasi sistemi üçün dəyişikliklər lazımdır”.

Kiril Qaburiç istefasının ölkədə yeni koalisiya hökumətinin yaranması üçün zəmin olacağına ümid etdiyini də deyib.

1976-cı il noyabrın 23-də anadan olan Kiril Qaburiç 2012-ci ildə “Azercell” mobil şirkətinin rəhbəri təyin olunub, 2014-cü ilin dekabrında bu vəzifəsindən ayrılıb.

Vüqar İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj