Modern.az

“Karateçilər yarışlara tam hazırdı” - Milli federasiyanın baş katibi

“Karateçilər yarışlara tam hazırdı” - Milli federasiyanın baş katibi

12 İyun 2015, 14:28


Milli Karate Federasiyasının idmançıları hərtərəfli olaraq yarışlara hazırdır. Modern.az saytına açıqlama verən federasiyanın baş katibi Mir-Cabbar Seyidov bildirib ki, yarışlar iyunun 13-ü və 14-ü “Bakı Crystal Hall” da keçiriləck:

“Yarışlar iki gün davam edəcək. İyunun 13-ü səhər saat 10.00 başlayan yarışlar iki hissəyə bölünəcək. Belə ki, ilk olaraq yarışlar səhər saat 10.00-dan günorta 13.00-ə kimi davam edəcək. Yarımfinal və final isə günorta 15.00-dən sonra baş tutacaq.

Ümumilikdə, yarışlarda 12 idmançı ilə təmsil olunuruq.

İyunun 13-də kişilərdən 60 kq çəkidə Firdovsi Fərzəliyev, 67 kq çəkidə Niyazi Əliyev, 75 kq çəkidə Rafael Ağayev; xanımlardan 50 kq çəkidə Nuranə Əliyeva, 55 kq çəkidə İlahə Qasımova, 61 kq çəkidə Fəridə Əbiyeva yarışacaq.

İyunun 14- də kişilərdən 84 kq çəkidə Ayxan Mamayev, 84 kq çəkidən yuxarı Şahin Atamov, Tural Balcanlı; xanımlardan 68 kq çəkidə İrina Zareçka, 88 kq çəkidən yuxarı Aytən Səmədli, Ədilə Qurbanova medallar uğrunda yarışacaq.

İdmançılarımız komandanın baş məşqçisi Rəhman Hətəmovun və Zahid Eyvazovun başçılığı altında 6 ay hazırlıq keçib. Hər bir idmançının əhval-ruhiyyəsi çox yaxşıdır. Psixoloji cəhətdən də hazırdırlar. İnşallah medallar qazanarıq”.

SEVİNC YASİNQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj