Ədalət və İnkişaf Partiyasının (AKP) koalisiya hökuməti qurulması ilə bağlı görüşlərində prioriteti Paralel Quruluşla mübarizə olacaq.
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, AKP koalisiya ortağı üzərindən Fəthullahçı terror təşkilatının təkrar dövlətə sızmasına icazə verməyəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hökuməti qurma səlahiyyətini verəcəyi AKP koalisiya qurmaq işlərində paralel quruluşla mübarizədə geri çəkilməyəcək. Milli təhlükəsizlik siyasəti sənədinə terror təşkilatı olaraq daxil edilən paralel təşkilatlarla mübarizədə AKP kritik nazirliklərdə təşkilatın yenidən yerləşməməsi üçün həssas davranacaq.
Dəhlizlərdəki məlumatlara görə, AKP Milliyyətçi Hərəkat Partiyası (MHP) və ya Cümhuriyyət Xalq Partiyası (CHP) ilə koalisiyaya yaxındır. AKP-nin koalisiya bazarlığında “Paralel Quruluş” həssaslığını əvvəlcə diqqətə alacağı iddia edilir. AKP qurulacaq koalisiyada partiyaların seçki kampaniyası zamanı verdiyi iqtisadi vədlərin razılaşma yolu ilə həllində hər hansı bir problemin yaşanmayacağını düşünür. AKP-ni ola biləcək bir koalisiyada narahat edən ən əhəmiyyətli mövzu isə paralel quruluş ilə mübarizədir.
Modern.az