Modern.az

Təhsil Nazirliyi ilk dəfə yay düşərgəsi təşkil edib

Təhsil Nazirliyi ilk dəfə yay düşərgəsi təşkil edib

12 İyun 2015, 15:09



Təhsil Nazirliyi Şüvəlan qəsəbəsində yerləşən A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasında ilk dəfə olaraq pilot layihə - yay düşərgəsi təşkil edib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, düşərgəyə fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi və kimya-biologiya təmayüllü respublika liseyinin hər birindən 25 nəfər olmaqla, ümumilikdə 50 şagird cəlb edilib.

  Düşərgə, tədris ilini əla qiymətlərlə başa vurmuş şagirdlərin yay tətilini daha maraqlı və səmərəli keçirməsi məqsədilə təşkil olunub. Bu müddət ərzində əylənmək və müxtəlif idman oyunlarına qatılmaqla yanaşı, uşaqlar maraqlı mövzular – komanda quruculuğu, liderlik, təqdimat bacarıqları, natiqlik, ekologiya və digər sahələr üzrə məlumatlanıblar.  

Bundan başqa, iştirakçılar “Engineering for Kids” şirkəti tərəfindən təşkil olunmuş STEM üzrə 8 dərsdə müxtəlif raket, robot düzəldərək, onların praktik tətbiqinin birbaşa iştirakçıları olub, “Debat”, “Xəmsə”, “Breyn rinq”, “Da Vinçi Kodu” kimi intellektual oyunlarda öz dünyagörüşlərini nümayiş etdiriblər.   Uğurlu pilot layihənin davamı olaraq, gələcəkdə digər məktəblilər üçün də yay düşərgəsinin təşkili nəzərdə tutulur. 

Aytən ƏLİYEVA  
Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj