Modern.az

Məşhur türk aktyoru toyda öldü

Məşhur türk aktyoru toyda öldü

13 İyun 2015, 10:30


Türkiyənin məşhur teatr və kino aktyoru Sümər Tilmaç məşhur iş adamı Sedat Pekerin toy mərasimində keçirdiyi infarktdan dünyasını dəyişib.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, 67 yaşlı sənətçi dostlar ilə söhbət edən zaman qəfildən özündən gedib.

Sümer Tilmaçı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Aktyor Türkiyədə daha çox “Super ata” seriyalı və “Polis akademiyası Alaturka” seriyalı ilə məşhur idi.  

Elmin NURİ

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI