Modern.az

Güləşçimiz üçüncü qələbəsini qazandı - ƏLAVƏ OLUNUB

Güləşçimiz üçüncü qələbəsini qazandı - ƏLAVƏ OLUNUB

Təhsil

13 İyun 2015, 11:42

 

Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarının ilk günündə təmsilçimiz Orxan Nuriyev ilk qarşılaşmasında qələbə qazanıb.

 “Bakı-2015”in proqramına əsasən, yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparır. 98 kq çəki dərəcəsində 1/8 finalda İsveç güləşçisi Teodoros Tunusidis ilə qarşılaşan təmsilçimiz Orxan Nuriyev rəqibini 4:1 hesabl ilə məğlub edib.

Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarının ilk günündə Azərbaycan təmsilçisi Elman Muxtarov ilk qarşılaşmasında qalib gəlib.

***

 “Bakı-2015”in proqramına əsasən, yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparır. 59 kq çəki dərəcəsində 1/8 finalda Gürcüstan güləşçisi Gizo Meladze ilə qarşılaşan təmsilçimiz Elman Muxtarov rəqibini 5:3 hesabı ilə məğlub edib. Yunan-Roma güləşçi üzrə yarışların ilk günündə daha 2 idmançımız mübarizə aparacaq.

Qeyd edək ki, bundan öncə 98 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Orxan Nuriyev də ilk qarşılaşmasını qələbə ilə başa vurub.

***

Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarının ilk günündə təmsilçimiz Orxan Nuriyev ilk qarşılaşmasında qələbə qazanıb.

Modern.az xəbər verir ki, “Bakı-2015”in proqramına əsasən, yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparır. 98 kq çəki dərəcəsində 1/8 finalda İsveç güləşçisi Teodoros Tunusidis ilə qarşılaşan təmsilçimiz Orxan Nuriyev rəqibini 4:1 hesabl ilə məğlub edib. Yunan-Roma güləşçi üzrə yarışların ilk günündə daha 3 idmançımız da mübarizə aparacaq.

Qeyd edək ki, Avropa Oyunları çərçivəsində güləş yarışları iyunun 13-dən 18-dək Heydər Əliyev adına İdman Sarayında keçiriləcək.

***

80 kq-da ölkәmizi tәmsil edәn Rafiq Hüseynov Avstriyalı Vaqner Mayklla üz-üzә gәlib. Rafiq Hüseynov 11-0 hesabı ilə qələbə qazandı.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır