Gənclər və idman naziri Azad Rəhimov I Avropa Oyunlarının açılış mərasiminə çəkilən xərcin məbləğini açıqlayıb.
Modern.az saytının məlumatına görə Azad Rəhimov keçirdiyi mətbuat konfransında deyib ki, açılış mərasiminə 100 milyon manatdan artıq vəsait xərclənib.Azad Rəhimov onu da bildirib ki, sərf edilən vəsaitlə bağlı Avropa Oyunlarının sonunda daha ətraflı məlumat veriləcək.
Modern.az