Rusiyanın paytaxtı Moskvada qətlə yetirilən tanınmış müxalif siyasətçi Boris Nemtsovun qızı Janna Nemtsova atasının adına fond yaradıldığını elan edib.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Polşada atasına ölümündən sonra verilən “Freedom Award” mükafatını qəbul edən Janna Nemtsova mərasimdə “Boris Nemtsov” fondunu yaratdığını elan edib.
Bir neçə gün öncə həyatına təhlükə olduğu üçün Rusiyanı tərk edən 41 yaşlı Janna Nemtsova buna qədər “RBK” telekanalında aparıcı olub. Boris Nemtsov 2015-ci il fevralın 27-də gecə saatlarında Kremlin yaxınlığında odlu silahdan açılan atəşlə qətlə yetirilib.Vüqar İsmayılov