Modern.az

Karateçilərimiz Avropa Oyunlarına uğurlu çıxışlarla başladılar

Karateçilərimiz Avropa Oyunlarına uğurlu çıxışlarla başladılar

Təhsil

13 İyun 2015, 13:31


İyunun 13-də I Avropa Oyunlarında karetçilər mübarizəyə başlayıb.

Modern.az saytı xəbər verir ki, “Crystall Hall”da təşkil olunan ilk yarış günündə 6 dəst medal oynanılacaq.

Karatenin kumite növü üzrə keçirilən yarışda Azərbaycan bütün çəki kateqoriyalarında təmsil olunur.

Firdovsi Fərzəliyev ilk qarşılaşmada ispaniyalı Matias Qomes Qarsiyanı 2-0 hesabı ilə məğlub edib.

50 kq çəkidə Nuranə Əliyeva ilk görüşdə avstriyalı Bettina Plankla münasibətinə aydınlıq gətirən karateçimiz yuka xalı ilə uduzub - 0:1. O, növbəti 2 görüşündə də ümidləri doğrultmayıb. Türkiyəli Serap Özçelikə 0:6, xorvatiyalı Monika Beruleçə 0:3 hesabı ilə məğlub olan Əliyeva qrupda sonuncu olub və vaxtından əvvəl oyunlarla vidalaşıb.

75 kq çəkidə Rəfael Ağayev ilk qarşılaşmada ukraynalı idmançı Nikulin İlyaya 3-0 hesabı ilə qalib gəlib. 

Rəfael Ağayev ikinci qarşılaşmada Eltermur Ermana 3-5 hesabı ilə uduzub.

***

İyunun 13-də keçirilən karete yarışlarında 3 idmançımız yarımfinala vəsiqə qazanıb.

kişilər arasında 60 kq çəkidə karateçi Firdovsi Fərzəliyev ilk qarşılaşmada ispaniyalı Matias Qomes Qarsiyanı 2:0 hesabı ilə məğlub edib.
Daha sonra Fərzəliyev 4:2 hesabı ilə italiyalı Luka Mareskə, 6:0 hesabı ilə isə albaniyalı Halil Marqeşə qalıb gələrək yarımfinalda iştirak hüququ qazanıb.

67 kq çəkidə karateçi Niyazi Əliyev 2:0 hesabı ilə gürcüstanlı İrakli Tkebuçava qalib gəlib. Daha sonra karateçimiz fransız Stevan Da Kostanı 3:1, ispaniyalı Manuel Rosero Ruisi 2:0 hesabı ilə məğlub edib.

Qadınlar arasında 55 kq çəkidə İlahə Qasımova birinci döyüşdə 4:0 hesabı ilə Lüksemburq idmançısı Cenni Varlinqə qalib gəlib. Karateçimiz ikinci görüşündə 1:0 hesabı ilə türkiyəli Tuba Yakanlaya qalib gəlib.

***

Karateçi Rəfael Ağayev A qrupu çərçivəsində saat 13:30 Latviya təmsilçisi Sadikovs Ruslansla görüşüb. Rəafel Ağayev Latviya təmsilçisini 3-1 hesabı ilə udub. Rafael Ağayev turnirin yarımfinal mərhələsinə yüksəlib.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı