Modern.az

Nizami Cəfərov: “Açılış mərasimində “Sarı gəlin”in möhtəşəm təqdimatı hadisədir”

Nizami Cəfərov: “Açılış mərasimində “Sarı gəlin”in möhtəşəm təqdimatı hadisədir”

Təhsil

13 İyun 2015, 14:20

“I Avropa Oyunlarının açılış mərasimi çox möhtəşəm oldu. Dünyada görülməmiş hadisə idi. Burada digər üstün cəhət beynəlxalq standartlarla yanaşı, milli elementlərdən istifadə oldu”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib. O qeyd edib ki, açılış mərasimində milli elementlər, musiqilərimizdən istifadə işin fəlsəfəsi idi:

““Sarı gəlin”i ermənilər hər zaman öz musiqiqləri kimi dünyaya tanıtmağa çalışıblar. Amma biz də dəfələrlə bu mahnının Azərbaycana aid olduğunu demişik”.

Nizami Cəfərovun fikrincə, “Sarı gəlin” xalq mahnısının bu cür möhtəşəm səviyyədə təqdim olunması artıq hadisədir:

“Elə məqam var ki, orda deyilən söz, eşidilən musiqi, səslənən hər hansı mövqe bütün dünyaya yayılır. Bu baxımdan Avropa Oyunlarının açılışında “Sarı gəlin”in yüksək səviyyədə və yerində, məqamında, mükəmməl mövqedə səslənməsi böyük hadisədir. Düşünürəm ki, Azərbaycan bu cür hallarla düşmənlərinə qalib gəlməlidir. Sadəcə, sözdə, dedi-qodu ilə yox, möhtəşəm tədbirlərlə Azərbaycan sübut etdi ki, bu musiqi, bu mədəniyyət də onundur”.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır