Yığmamızın lideri Rafael Ağayev də bu gün mübarizəyə qoşulub. Dünya və Avropa çempionumuz debüt görüşündə ukraynalı İlya Nikulinlə üz-üzə gəlib. 3:0 hesabı ilə qalib gələn titullu idmançımız ikinci qarşılaşmasında gözlənilmədən Erman Eltemura (Türkiyə) uduzub - 3:5. Buna baxmayaraq, qrupda son döyüşünü Latviyanı təmsil edən Ruslan Sadıqova qarşı keçirən Ağayev 3:1 hesabı ilə məğlub edərək, qrup səddini adlayıb.
Rafael yarımfinalda almaniyalı Noa Bitşlə qarşılaşıb. Döyüş həmyerlimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ağayev qızıl medal uğrunda italiyalı Luici Busa ilə gücünü yoxlayıb. 1:0 hesabı ilə qalib gələn R.Ağayev ölkəmizə ikinci medal qazandırıb.
Modern.az