Modern.az

Bakıda Türkiyənin ilk qızıl medalını karateçi qız aldı

Bakıda Türkiyənin ilk qızıl medalını karateçi qız aldı

Təhsil

13 İyun 2015, 22:15


I Avropa Oyunlarında qadınların 50 kiloqram çəkidə mübarizə aparan Türkiyədən olan karateçi Serap Özçelik finalda avstriyalı rəqibini məğlub edərək qızıl medal qazanıb. Modern.az-ın verdiyi xəbərə görə, “Crystal Hall”da keçirilən yarışlarda 50 kiloqram çəki dərəcəsində tatamiyə çıxan Serap Özçelik yarımfinalda qarşılaşdığı ukraynalı Katerina Kryvayı hakim qərarı ilə yenib.

Finalda avstriyalı Bettina Planında ilə qarşılaşan Özçelik rəqibini 1:0 məğlub edərək Avropa Oyunlarında Türkiyəyə qızıl medal qazanan ilk türk idmançı olub.

Özçelik qrup yarışlarında Xorvatiyadan olan Monika Beruleci 3:0, Azərbaycandan olan idmançı Nuranə Əliyevanı 6:0, daha sonra finalda qarşılaşdığı Plankı isə 3:0 məğlub edərək adını yarımfinala yazdırmışdı.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı