Modern.az

Azərbaycan idmançıları Avropa Oyunlarının iki günündə 7 medal qazanıblar

Azərbaycan idmançıları Avropa Oyunlarının iki günündə 7 medal qazanıblar

Təhsil

14 İyun 2015, 09:08


İyunun 13-də - “Bakı-2015” birinci Avropa Oyunlarının ikinci günündə Azərbaycan idmançıları hamıdan çox – 7 medal qazansalar da, yığmamız ümumi komanda hesabında ikinci sırada qərarlaşıb. Azərbaycan atletlərinin hesabındakı medallardan 3-ü qızıl, 1-i gümüş, 3-ü isə bürüncdür.

Hazırda birinci Avropa Oyunlarına İsveçrə yığma komandası liderlik edir. Bu komandanın hesabında 6, o cümlədən 3 qızıl, 2 gümüş və 1 bürünc medal var.

Üçüncü sırada qərarlaşan Rusiya millisi bu mövqeyə cəmi üç medalla nail olub. Qonşu ölkə idmançılarının qazandıqları hər üç medal qızıldır.

Hesabında 6 medal (2 qızıl, 1 gümüş, 3 bürünc) olan Fransa dördüncü yerdə qərarlaşıb.

Türkiyə idmançıları isə 2 qızıl, 1 gümüş və 2 bürünc medalla beşinci pillədədirlər.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı