Modern.az

TQDK iyunun 16-da 17 rayonda buraxılış imtahanları keçirəcək

TQDK iyunun 16-da 17 rayonda buraxılış imtahanları keçirəcək

Təhsil

14 İyun 2015, 13:43


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da  respublikanın bir sıra rayon və şəhərlərində, o cümlədən Xocavənd, İmişli, Füzuli, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Lənkəran, Astara, Lerik, Yardamlı, Cəlilabad və Masallıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək. 

TQDK-dan Modern.az-a verilən məlumata görə, imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. 

IX sinif şagirdləri üçün imtahan saat 10:00 -da, XI sinif şagirdləri üçün isə saat 15:00 -da başlanır. 

IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 66 imtahan mərkəzi ayrılıb. Həmin gün 21171 nəfər (Xocavənddə 74, İmişlidə 1239, Füzulidə 715, Beyləqanda 1096, Şirvanda 971, Hacıqabulda 715, Sabirabadda 2141, Biləsuvarda 1330, Neftçalada 854, Salyanda 1505, Saatlıda 1008, Lənkəranda 2121, Astarada 1226, Lerikdə 715, Yardamlıda 824, Cəlilabadda 2420, Masallıda 2217)  9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur. 

XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 66 imtahan mərkəzi ayrılıb. 
Həmin gün 18113 (Xocavənddə 46, İmişlidə 1256, Füzulidə 711, Beyləqanda 938, Şirvanda 751, Hacıqabulda 695, Sabirabadda 2054, Biləsuvarda 1168, Neftçalada 688, Salyanda 1149, Saatlıda 760, Lənkəranda 1966, Astarada 997, Lerikdə 542, Yardamlıda 830, Cəlilabadda 1858, Masallıda 1704)  nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur. 

İmtahanların idarə olunmasına ümumilikdə 219 imtahan rəhbəri, 1798 nəzarətçi-müəllim ayrılıb.  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı