Modern.az

İlham Əliyev Georgi Marqvelaşviliyə başsağlığı verdi

İlham Əliyev Georgi Marqvelaşviliyə başsağlığı verdi

Təhsil

14 İyun 2015, 23:01



Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Georgi Marqvelaşviliyə başsağlığı verib.

Başsağlığında deyilir: "Tbilisi şəhərində baş vermiş təbii fəlakət nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Xatırladaq ki, Gürcüstanda baş vermiş daşqında 12 nəfərin ölümünə görə, 15 iyun matəm günü elan edilib.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı