Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

15 İyun 2015, 14:08


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah - iyunun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı proqnozlaşdırılır. Şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 19-22, gündüz 27-32 dərəcə isti olacaq.

İyunun 16-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacaq, qısa müddətli yağış yağacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.
İyunun 17-18-də Bakıda və Abşeron yarımadasında şimal küləyi üstünlük təşkil edəcək. Azərbaycanın bölgələlərində isə şərq küləyi arabir güclənəcək. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı