İyunun 15-də Bakı-Naxçıvan marşrutu üzrə uçan “Boeing-757” təyyarəsi mühərriklərinin birində yaranan nasazlıq səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıdıb.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, eniş yerli vaxtla saat 19:21-də uğurla başa çatıb.
Təyyarənin sərnişinləri ehtiyat təyyarə ilə Naxçıvana yola salınacaq.
Modern.az