Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunublar. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib. Ancaq o, müzakirənin detallarını açıqlamayıb.
Birinci Avropa Oyunların açılışında iştirak etmək üçün iyunun 12-13-də Bakıda səfərdə olan Rusiya prezidenti Azərbaycan və Türkiyənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla görüşüb.
“Liderlərin əsas müzakirə mövzusu Rusiya-Azərbaycan əlaqələri olub. Dövlət başçıları Qarabağ mövzusuna da toxunublar”, - Peskov vurğulayıb.
Modern.az