Modern.az

Donuzları narkotiklə qidalandıran azərbaycanlı tutuldu

Donuzları narkotiklə qidalandıran azərbaycanlı tutuldu

Təhsil

15 İyun 2015, 22:18


Narkotiklərin dövriyyəsinə nəzarət üzrə Federal Xidmətin Rostov vilayətindəki regional idarəsinin əməkdaşları pensiyaçını marixuana və tiryək saxladığına görə saxlayıblar. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, yaşlı kişi özünə bəraət qazandırmaq üçün polislərə deyib ki, narkotik maddələrdən müalicə məqsədilə istifadə edib.

Kamenski rayonunun Vasilyevski qəsəbəsində yaşayan 66 yaşlı, əslən Azərbaycandan olan kişi (adı açıqlanmır) donuz yetişdirməklə məşğul olub. Onun avtomobilinin yük yerində iki kisə marixuana aşkarlanıb. 1,2 kiloqram çəkisi olan marixuana ilə yanaşı, onun həyətindən çətənə toxumu da götürülüb.

Kişi polçislərə izahatında deyib ki, heyvanlar xəstələnib, onları müalicə etmək üçün marixuanadan istifadə edib. O , polisləri özünün narkotik istifadəçisi olmadığına inandırmağa çalışıb. Bu səbəbdən pensiyaçı kimyəvi-toksikoloji ekspertizadan keçiriləcək.

Azərbaycan əsilli kişiyə qarşı Rusiya Cinayət Məcəlləsinin “Qanunsuz narkotik vasitə saxlama” maddəsi ilə çinayət işi qaldırılıb. Onun təqsiri sübut olunarsa, 10 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı