Modern.az

Türkiyə Parlamentinin 8 nəfərlik nümayəndə heyəti Bakıya gəlib

Türkiyə Parlamentinin 8 nəfərlik nümayəndə heyəti Bakıya gəlib

Qarabağ

4 Oktyabr 2010, 13:33

Türkiyə Parlamentinin Beynəlxalq əlaqələr və protokol, Qanunvericilik, Mətbuatla iş, Daimi komitələrlə iş, Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbələrinin müdir və müavinlərdən ibarət 8 nəfərlik qrup Azərbaycana səfərə gəlib. Milli Məclisin dəvəti ilə baş tutan səfər çərçivəsində qonaqlar Milli Məclisin Beynəlxalq əlaqələr, Sosial qanunvericilik, İqtisadi qanunvericilik, Mətbuat katibliyi, Komitə və komissiyalar ilə iş, İnformasiya resursları və texnologiyaları şöbəsində təcrübə mübadiləsi keçəcək, seminarlarda iştirak edəcək və Milli Məclisin fəaliyyəti ilə yaxından tanış olacaqlar. Həmçinin qonaqlar TÜRKPA Beynəlxalq katibliyinin ofisində olacaq və TÜRKPA-nın fəaliyyəti ilə bağlı keçiriləcək seminarda iştirak edəcəklər. Məlumat Modern.az-a TÜRKPA katibliyindən verilib. Bununla yanaşı, Türkiyə Parlamentinin nümayəndə heyəti Azərbaycanın tarixi mədəniyyət abidələri və bölgələri ilə tanış olmaq məqsədi ilə Şəki şəhərinə səfər edəcək.

Proqram çərçivəsində TÜRKPA adından lahiyə koordinatorluğu vəzifəsini TÜRKPA Baş katibinin müavini Kürşat Melih Sarıarslan keçirəcək. Proqramın sonunda mübadilə proqramında iştirak etmiş qonaqlara Azərbaycan Milli Məclisi Aparatının rəhbəri cənab Səfa Mirzəyev tərəfindən “İştirak sertifikatları” təqdim ediləcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama