Modern.az

Bu gün müəllimlər imtahan verir

Bu gün müəllimlər imtahan verir

Təhsil

16 İyun 2015, 09:36


Bu gün ümumi təhsil müəssisələrində və peşə liseylərində iş yerinin dəyişdirilməsi üzrə elektron ərizəsi qəbul olmuş müəllimlərin test imtahanı keçirilir.

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu gün elektron ərizəsi qəbul olunmuş namizədlər Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında (ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi 135 – metronun “Gənclik” stansiyasının, Azərbaycan Müəllimlər İnstitutunun yaxınlığında) test imtahanında iştirak edirlər.

İmtahanda iştirak edərək ikinci mərhələyə keçmək hüququ qazanacaq müəllimlər üçün 17 iyun 2015-ci il tarixdə eyni ünvanda müsahibələr təşkil ediləcək.  

Yerdəyişmə üzrə müsabiqə yekunlaşdıqdan sonra yenidən müəyyənləşdirilmiş vakant yerlərə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbulu 1-15 iyul 2015-ci il tarixlərində aparılacaq.  

Aytən ƏLİYEVA

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı