Rusiyanın məşhur jurnalisti, TASS agentliyinin baş redaktorunun 1-ci müavini Mixail Qusman birinci Avropa Oyunlarından danışarkən anadan olduğu Bakı şəhərinə heyranlığını gizlətməyib.
Mixail Qusman bu barədə Modern.az saytına açıqlamasında bildirib: “Hər şey çox yüksək səviyyədə təşkil edilib. Doğma şəhərimi belə görmək məni qürurlandırır. Uşaqlıq xatirələrimin bir parçası olan Bakı bulvarı isə tam başqadır. Bakıda olduğum müddətdə bulvara tez-tez gedirəm. Avropa Oyunlarında həm Rusiya, həm də Azərbaycana uğurlar arzulayıram”.
Mixail Solomonoviç Qusman 1950-ci il yanvarın 23-də Bakıda anadan olub. O, Rusiya və SSRİ-nin tanınmış tərcüməçisi, radio və televiziya jurnalisti olub.
1999-cu ildən Rusiyanın İTAR TASS agentliyinin baş direktorunun 1-ci muavini vəzifəsində çalışır. Rusiyanın əməkdar jurnalisti, dövlət mükafatı laureatıdır.
Vüqar İsmayılov