Ötən il Malayziyadan Çinə uçan və Hind okeanı üzərində yoxa çıxan sərnişin təyyarəsindən hələ də xəbər-ətər yoxdur. Elm dünyası 239 nəfər sərnişinlə birgə yoxa çıxan təyyarənin tapılması üçün müvafiq qurumlara öz dəstəyini təklif edib.
Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Qətər Universitetinin riyaziyyatçılar qrupu haqqında az qala əfsanələr deyilən və hətta yadplanetlilər tərəfindən qaçırıldığı iddia edilən təyyarənin yoxa çıxması və harada olması barədə xüsusi proqram hazırlayıb.
Bir çox versiyaları göz önünə gətirən alimlər qəzanın 90 dərəcəlik bucaq altında burun üstə okeana düşdüyü, maili şəkildə yana əyilmə səbəbindən partlamadığı ideyası üzərində dayanıblar. Alimlər bu versiyadan çıxış edərək, Malayziya təyyarəsinin konkret olaraq Hind okeanındakı koordinatlarını da veriblər.
Malayziyadan Çinə uçan sərnişin təyyarəsi 2014-cü ilin martın 8-də okean üzərində yoxa çıxıb. 239 nəfər sərnişinin taleyi hələ də məlum deyil.
Elmin NURİ