I Avropa Oyunlarında kamandan oxatma yarışlarında Azərbaycan komandası 1/8 finala keçib.
Modern.az xəbər verir ki, iyunun 17-də Tofiq Bəhramov adına Respublika stadionun baş tutacaq oyunlarda Azərbaycanın kişilərdən ibarət komandası da mübarizə aparacaq.
Aleksey Kopnin, Roman Vengerov və Taras Senyukdan ibarət olan komanda 1893 xalla 12-ci olub. Komandamız sabah 1/8 finalda İtaliya millisi ilə qarşılaşacaq.
Vüsalə Qəzənfərqızı