Modern.az

Gürcüstan prezidenti fövqəladə toplantı çağırdı

Gürcüstan prezidenti fövqəladə toplantı çağırdı

Təhsil

16 İyun 2015, 13:53


Gürcüstanın prezidenti Georgi Marqvelaşvili parlamentin fövqəlada toplantısını çağırıb.

Modern.az gürcü mətbuatına istinadən bildirir ki, parlamentin fövqəlada iclası bu gün yerli vaxtla saat 18:00-da keçiriləcək.  

Məlumata əsasən, xalqın seçdiyi nümayəndələr selin yaratdığı fəsadları aradan qaldırmaq üçün silahlı qüvvələrdən istifadə haqqında prezidentin fərmanını təsdiq etməlidir.

Qeyd edək ki, iyunun 13-dən 14-nə keçən gecə Tiflisdə güclü yağış nəticəsində Kür çayının daşıb və  paytaxt Tiflisə xeyli ziyan dəyib.  

Son məlumatlara görə baş vermiş hadisədə 15 nəfər ölüb.

Aytən ƏLİYEVA    



 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı