Modern.az

“Həsən Əliyevin erməniyə məğlub olmasını “faciəyə” çevirmək yolverilməzdir”

“Həsən Əliyevin erməniyə məğlub olmasını “faciəyə” çevirmək yolverilməzdir”

Təhsil

16 İyun 2015, 14:32

“Güləş millimizin üzvü Həsən Əliyevin öz çəki dərəcəsində yarımfinalda erməni təmsilçisinə məğlub olmasını “faciəyə” çevirmək və idmançımızın sosial şəbəkələrdə müxtəlif hücumlara məruz qalması yolverilməzdir.”

Modern.az xəbər verir ki, bu fikirləri millət vəkili Fuad Muradov öz Facebook səhifəsində yazıb.

“Bu idman yarışıdır, biri udar, çoxu uduzar. Qələbə həmişə şirin, məğlubiyyət isə acıdır. Düzdür, yarışın Bakıda keçirilməsi baxımından erməniyə məğlub olmaq, əlbəttə, acıdır. Ancaq bu məğlubiyyətə görə 25 yaşlı idmançını top atəşinə tutmaq nə dərəcə doğrudur? Axı bu idmançı dəfələrlə Azərbaycan bayrağını müxtəlif ölkələrdə ucaldıb, dəfələrlə erməniləri üstələyib. Bu cür populist yanaşma doğru deyil. Bu gün məğlub olan Həsən sabah qalib olacaq və bəlkə də erməniləri himnimizi ayaq üstə dinləməyə məcbur edəcəkdir. Odur ki, belə ucuz hərəkətlərlə Azərbaycanın idmançılarını ruhdan salmaq yox onlara dəstək olmaq lazımdır” deyə millət vəkili bildirib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı