Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti dünya teleməkanında ən nüfuzlu mahnı müsabiqəsi sayılan “The Voice of” (“Səs”) layihəsinə start verdi.
QSC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata əsasən, Niderlandın “Talpa” İnternational B.V. şirkətinə məxsus “The Voice of” (“Səs”) layihəsinin lisenziyası Azərbaycan Televiziyasına verilib.
AzTV-nın bu mötəbər musiqi müsabiqəsini payizda – yeni televiziya mövsümündə tamaşaçılara təqdim etməsı gözlənilir. Qeyd edək ki, bu müsabiqə dünyanın 50-dən çox ölkəsinin nüfuzlu telekanallarında yayımlanır.