Modern.az

Türkiyənin voleybol komandası üzrə baş məşqçisinin köməkçisi Modern.az-a DANIŞDI

Türkiyənin voleybol komandası üzrə baş məşqçisinin köməkçisi Modern.az-a DANIŞDI

16 İyun 2015, 16:21

 

I Avropa Oyunları üçün Azərbaycana gələn voleybol üzrə kişilərdən ibarət Türkiyə yığma komandasının baş məşqçisinin köməkçisi çalışan Umut Kılıç  Bakı haqqında təəssüratlarını bölüşüb.

O, Modern.az saytına bildirib ki, Bakı Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşıb.  

“Belə yüksək şəraiti çox az ölkədə görmüşəm. İstər nəqliyyat, istər qaldığımız Atletlər Kəndi, istər verilən yeməklər, istərsə də oyunların keçirildiyi arenalar əladır.  

Digər tərəfdən insanların çox gülərüz və pozitiv olduğunu da vurğulamalıyam. İnanıram ki, Avropa Oyunlarından sonra da Azərbaycanda yeni turnirlər keçiriləcək və biz Türkiyə olaraq onlarda iştirak edəcəyik”.  

Ölkəsinin medal ümidlərindən danışan məşqçi Kılıç Türkiyə voleybol yığmasının Avropa Oyunlarının qızıl medalını almaq istiqamətində ciddi çalışdığını deyib.  

“İlk oyunda Serbiyanı məğlub etdik. Qarşıda Fransa, Finlyandiya və Azərbaycanla oyunlarımız var. Məqsədimiz onlara qalib gəlməkdir”.  

Modern.az   

 
Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı