Modern.az

Gürcü baş redaktor Bakıda niyə heyrətə gəldi? - AÇIQLAMA

Gürcü baş redaktor Bakıda niyə heyrətə gəldi? - AÇIQLAMA

16 İyun 2015, 17:00


Gürcüstanlı jurnalist, “Axali Taoba” qəzetinin baş redaktoru Mixail Jorjoliani də I Avropa Oyunlarını işıqlandırmaq üçün Bakıya gəlib.

Modern.az-a açıqlamasında Jorjoliani Avropa Oyunlarının açılışı mərasimindən heyrətə gəldiyini deyib.

“Avropa Oyunlarının açılışı mərasimini sözlə ifadə etmək mümkün deyil. Bir sözlə, hər şey möhtəşəm idi. Bizə jurnalist olaraq göstərilən xidmətdən də çox razıyıq. Azərbaycan yüksək səviyyəli yarışları qəbul etmək bacardığını nümayiş etdirib.

Gürcü jurnalist ölkəsinin medal ümidlərindən də danışıb.

“Avropa Oyunlarında hələ ki medal qazanmamışıq. Amma cüdo və sərbəst güləş yarışlarında medal ümiudlərimiz var. Hesab edirəm ki, Bakıdan azı 2 qızıl medal apara biləcəyik”.

Modern.az  

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı