Modern.az

İsa Qəmbər Rəşad Sadıqovu təbrik etdi, Qurban Qurbanova məsləhət verdi

İsa Qəmbər Rəşad Sadıqovu təbrik etdi, Qurban Qurbanova məsləhət verdi

16 İyun 2015, 21:12

 

“Bu gün Azərbaycanın ən önəmli futbolçusu Rəşad Sadıqovun doğum günüdür. Təbrik edirəm! Hər zaman bu fotodakı kimi yüksəklikdə olsun!”.

Modern.az xəbər verir ki, bunu Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər özünün facebook profilində yazıb. O daha sonra əlavə edib:

“Biz siyasətçilər kimi futbol mütəxəssisləri də həvəskarlardan məsləhət eşitməyə adət ediblər. Mən də bir həvəskar kimi dəyərli məşqçimiz Qurban Qurbanova məsləhət vermək istəyirəm 

Bədavi Hüseynovu kənara satmasın, daha bir ucaboylu yaxşı mərkəz müdafiəçisi transfer etsin. Rəşad Sadıqovu isə yarımmüdafiənin mərkəzinə gətirmək lazımdır. O, bu mərhələdə meydanın mərkəzində daha faydalı ola bilər”.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı